XƏBƏRLƏR

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ-5 İL

Tədbirdə ilk öncə  xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, həmçinin ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

Daha sonra kollecin tələbələri 44 günlük müharibəni əks etdirən qısa səhnəcik göstərib, şəhidlərimizi anan şeirlər səsləndirərək  onların əziz və unudulmaz xatirələrini yad ediblər.

Tədbirdə tələbələr çıxışlarında Azərbaycanın hərbi tarixinə qızıl hərflərlə yazılmış , 5 ili tamam olan və 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olduğunu qeyd edərək vurğulamışdır ki, Azərbaycan Ordusunun həyata keçirdiyi ardıcıl və yüksək peşəkarlıqla planlaşdırılmış əks-hücum əməliyyatları nəticəsində 9 noyabr 2020-ci il tarixinədək 5 şəhər, 4 qəsəbə, 286 kənd və çoxsaylı strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilmişdir. Ermənistan Respublikası Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edərək 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamışdır. Nəticə etibarilə, 10 noyabr tarixli üçtərəfli bəyanat Azərbaycan dövlətinin hərbi qələbəsinin hüquqi-siyasi təsdiqi olmaqla yanaşı, regionda yeni geosiyasi reallıqlar formalaşdıran mühüm siyasi-diplomatik sənəd kimi qiymətləndirilir.

 Anım və Zəfər Günləri vətənpərvərlik ruhunun formalaşdırılması, mili və mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi və gənc nəslin sağlam, şüurlu yetişdirilməsi baxımından hər zaman xüsusi əhəmiyyət kəsb edir.

  “ Tarix unudulmur — o, xalqın yaddaşında yaşayır və gələcək nəsillərə ibrət dərsi verir.”

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az