Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri 11 iyul tarixində keçirilən,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və "Exceland Konsaltinq və Tədris Mərkəzinin" sponsorluğu ilə "Azərbaycan Respublikasında davamlı inkişafın təmin olunmasında innovativ texnologiyaların tətbiqi"mövzusunda seminarda iştirak ediblər.
Tədbir çərçivəsində tələbələrlə innovasiya anlayışı, müasir texnologiyaların inkişaf istiqamətləri və qlobal dünyada baş verən sosial-iqtisadi dəyişikliklər mövzusunda interaktiv təqdimat keçirilmişdir. Təqdimat zamanı iştirakçıların mövzuya fəal cəlb olunması, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müzakirələr aparılmış, real nümunələr əsasında qrup işi təşkil edilmişdir. Qrup işi vasitəsilə tələbələrin komanda ilə işləmə, problemlərin həlli və ideyaların təqdim edilməsi bacarıqlarının gücləndirilməsi hədəflənmişdir.



