və Böyük Britaniyanın Ekseter Universitetində fəaliyyət göstərən Təbii Mühit və Sağlamlıq üzrə ÜST Əməkdaşlıq Mərkəzinin birgə təşkil etdiyi “Bonn School” beynəlxalq master-klasslarında iştirak edib.
Master-klasslar çərçivəsində iştirakçılara təbiət, biomüxtəliflik və ictimai sağlamlıq sahələrində ən son elmi yeniliklər, müasir yanaşmalar və beynəlxalq təcrübələr təqdim olunub. Proqram çərçivəsində sağlam ətraf mühitin insan sağlamlığına təsiri, biomüxtəlifliyin qorunmasının əhəmiyyəti və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən müasir tədqiqatlar müzakirə edilib.
Təlim proqramında iştirak müəllimin peşəkar bilik və bacarıqlarının artırılmasına, beynəlxalq təcrübənin öyrənilməsinə və əldə olunan biliklərin gələcək tədris prosesində tətbiqinə mühüm töhfə verib.



