Əfəndiyeva İlahə Arif qızı– 1 nömrəli Bakı Tibb Kollecində “Daxili xəstəliklər” fənni üzrə müəllim vəzifəsində işləyir. “Tibb bacısının işi” fənn birləşmə komissiyasının sədridir.
Xəstənin müalicəsində, xüsusən də xəstəxanada tibb işçisi son dərəcə böyük rol oynayır. Həkimin təyinatlarını yerinə yetirmək, ağır xəstələrə qulluq etmək, bir çox əməliyyatları yerinə yetirmək orta tibb işçisinin bilavasitə vəzifəsidir.Həmçinin tibb bacısı xəstənin müayinəsində, onun müxtəlif cür cərrahi əməliyyatlara hazırlanmasında iştirak edir, əməliyyat zamanı anestezist və ya əməliyyat tibb bacısı kimi işləyir, reanimasiya və intensiv terapiya şöbələrində xəstələrə baxır. Tibb bacısının işi hər zaman sanitar-epidemioloji rejimi yaratmaq və təxirəsalınmaz hallarda ilk yardım göstərməkdir.
“Tibb bacısının işi” fənni nəzəri və təcrübi təbabətin ən böyük sahəsidir, onun əsas məqsədi daxili üzvlərin xəstəlikləri zamanı tətbiq edilən müayinə üsullarını, müalicə müəssisələrinin iş xüsusiyyətləri, davranış qaydaları, xəstəyə qulluq, mənəvi hüquqi cavabdehlik prinsiplərini, müxtəlif tibbi manipulyasiyaları, müalicə metodlarına yiyələnməkdir.
“Tibb bacısı işi” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- Tibb bacısının işinin əsasları və tibbi deontologiya
- Fizioterapiya və reabilitasiya
- Biomexanika və kineziologiya
- Tibbi biliklərin əsasları
- Ailə təbabətində tibb bacılığı
- Ailə təbabəti
- Tibbi sosial reabilitasiya
- Fizioterapiyada palpasiya bacarığı
“Tibb bacısı işi” fənn birləşməsi komissiyasının tərkibində 12 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.