Görüşdə Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin “Mamalıq işi” ixtisasının şöbə müdiri İ.M. Axundova, “Keyfiyyət təminatı və qiymətləndirmə şöbəsi”nin müdiri S.F. Quliyeva, Milli Onkologiya İnstitutunun “Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru S.E. Rəhimzadə iştirak ediblər.
Görüşün əsas məqsədi “Mamalıq işi” ixtisası üzrə hazırlanmış yeni təhsil proqramının layihəsinin müasir səhiyyə sisteminin tələbləri, beynəlxalq təcrübə və əmək bazarının ehtiyacları baxımından dəyərləndirilməsi olub. Müzakirələr zamanı təhsil proqramının məzmunu, fənn komponentləri, nəzəri və klinik hazırlığın inteqrasiyası, tələbələrin peşə bacarıqlarının formalaşdırılması, eləcə də tədris prosesində innovativ yanaşmaların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



