XƏBƏRLƏR

Mamalıq şöbəsində istehsalat və diplomqabağı təcrübə üzrə təşkilati iclas

      İstehsalat təcrübə rəhbəri Jalə Həyatova tərəfindən keçirilən görüş zamanı tələbələrə təcrübə müddətində yerinə yetiriləcək peşəkar fəaliyyət istiqamətləri, klinik bazalarda davranış və etik normalar, sənədləşmə qaydaları, eləcə də praktik bacarıqların təkmilləşdirilməsi ilə bağlı metodiki tövsiyələr verilib.

      Tədbir çərçivəsində istehsalat və diplomqabağı təcrübənin məqsəd və vəzifələri izah olunub, tələbələrin nəzəri biliklərinin praktik mühitdə tətbiqi, müstəqil klinik düşünmə bacarıqlarının formalaşdırılması və peşə kompetensiyalarının artırılması istiqamətində qarşıda duran əsas hədəflər diqqətə çatdırılıb.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az