1. Ümumi müddəalar
1.1 Orta ixtisas təhsilinin “040709- Müalicə masajı” ixtisası üzrə Təhsil proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) sənədinə və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” na uyğun hazırlanmışdır.
1.2 Təhsil proqramının məqsədləri aşağıdakılardır :
• İxtisas üzrə məzunun kompetensiyalarının, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını,qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrasturkura, kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə, təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
• Tələbələri, işə götürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələribarədə məlumatlandırmaq;
• Təhsil proqramı üzrə kadr hazırlığının bu proqrama uygunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
1.3 Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan təhsil müəssisələri üçün məcburidir.
1.4 Tələbələrin (xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi də dəyişdirilə bilər.
2. Məzunun kompetensiyaları
2.1 Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir;
– Öz ixtisasının mahiyyətini və sosial mənasını bilməyə, ona davamlı maraq göstərməyə;
– “Əczaçılıq” ixtisası üzrə subbakalavr apteklərdə və digər əczaçılıq müəssisələrində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyəhazır olmaq bacarığına ;
– İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
– İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına ;
– Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları müasir dünyadakı yeri və roluna dair sistemli, hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə ;
– Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına ;
– İş yerlərində informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
– Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə ;
– Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarığına ;
– Məsələlərin həlli üçün əlavə məlumat resurslarını sərbəst tətbiq etmək, seçə bilmək bacarığına ;
– Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına ;
– Peşəkar fəaliyyətini planlaşdırmaq, təşkil etmək, gələcək təhsilini, mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına ;
– Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
– Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti, özünü yenidən qiymətləndirmək, özünütənqid bacarığına.
2.2 Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
– Peşə vəzifələri və funksiyalarını həyata keçirmək üçün ixtisası üzrə müasir nəzəri, təcrübi bilik və bacarığına;
– Fəaliyyətini peşəkar standartlara və təcrübələrə uyğun həyata keçirmək bacarığına;
-Fərdi və ictimai yönümlü ilkin tibb xidməti göstərmək üçün təməl klinik biliklər,vərdişlərə;
-Pasient və onun yaxınları ilə etik çərçivədə ünsüyyət qurmaq,idarə etmək bacarığına;
– Profilaktika və eabilitasiya sahəsində fərdin,ailənin və cəmiyyətin tibbxidməti ehtiyaclarını din,dil,irq,cins,siyası mənsubiyyət baxımından ayrıseçkilik etmədən qiymətləndirmək üçün təməl səviyyədə nəzəri və təcrübi bilikərə;
– Təhsil zamanı əldə olunmuş bilik,münasibət və bacarıqların inkişaf yollarını bilmək və bunu bütün peşəfəaliyyəti boyu davam etdirərək istifadə etmək bacarığına;
– Müxtəlif mənşəli xəstəliklərin reablitasiyası,sağlamlığın mohkəmləndirilməsi və qorunması məqsədilə müalicəvi klassik masaj,seqmentar,nöqtəvi,ənənəvi Çin masaji,MBT və uşaq masajıüsullarını tətbiq etmək bacarığına;
– Öz bilik və bacariqlarının hüdudlarını bilmək,zəruri hallarda və digər ixtisaslar üzrə tibb işçiləri ilə əməkdaşlıq sayəsində mənimsədiyi bilikləri tətbiq etməyə və müasir məlumatlar əldə etməklə daima təkmilləşməyə;
– Peşəsini və vəzifə borcunu tibbi etik prinsiplər çərçivəsində heç bir ayrıseçkiliketmədən,insani dəyərləri ön planda tutaraq pasientlərin, onların yaxınlarının məxfiliyini, işçilərin təhlükəsizliyini qorumaq üçün biliklərə;
– Peşəsinin tələblərinə uyğun olaraq müasir məlumatlardardan və metodlardan istifadə etmək bacarığına;
– İlkin səhiyyə xidməti göstərərkən qarşılaşdığı inzibati və hüquqi vəzifələri idarə etmək üçün bilik və bacarıqları;
– Fəaliyyəti zamanı rasional müayinə, profilaktika üsullarını yerinə yetirərək, xəstələrin vəziyyətinin sağlamlaşdırma tədbirlərini planlaşdığına;
– Əhalinin sağlamlığinin qorunması və inkişafı üçün fərdi, ictimai sağlamlıq ilə əlaqəli təhsil, maarifləndirmə proseslərini planlaşdırmaq,həyata keçirmək bacarığına;
– Məlumatları və məlumat mənbələrini təhlil edərək qiymətləndirmək,müstəqil formada öyrənib təcrübəyə tətbiq etmək bacarığına;
– Peşəsi ilə bağlı elmi mənbələri başa düşməsi,şərh etməsi və öyrəndiklərini peşə təcrübəsində istifadə etməsi üçün əvvəlcə Azərbaycan dilinin və yanaşı olaraq mənbələtdə daha çox istifadə olunan ən azı bir xarici dili yeterli səviyyədə bilmək bacarığına;
– Pasientlər və yaxınlar,həmkarları,eyni zamanda digər tibb işçiləri ilə qarşılıqlı anlaşma,etimada,hörmətə əsaslanan ixtisaslı peşəkar kommunikasiya zəminə yaratmaq bacarığına;
– Müalicə-profilatika müəssisələrində xəstələrə qulluq və təxirəsalınmaz yardım etmək bacarığına;
– Peşəsi ilə bağlı üzvü olduğu heyətlərdə peşə məsuliyyi və vəzifələrini özünün və digər üzvlərin xüsusiyyətlərinə uyğun,ahəngdarlıqla,komandanın uğurunu üstün tutaraq tam şəkildə yerinə yetitmək bacarığına;
– Bilik,bacariq və təcrübələrini həmkarları,tibb tələbələri,digər tibb işçilərinin peşə ixtisaslaşmasına töhfə verecək səviyyədə paylaşmaq,lazım gəldikdə məsləhətçi olmaq bacarına;
– Özünün təhsil,iş və karyera daxil olmaqla fərdi inkişafını səmərəli şəkildə idarəetmə,davamlı öyrenmə bacarığına;
– Peşəkar fəaliyyətilə həmkarlarına cəmiyyətə nümunə olmaq bacarığına;
– Xəstələrə paliativ qayğı,ağrı və digər problemlərin erkən müəyyənləşdirilməsi,ilk yardım yolu ilə əzabların aradan qaldırılması ilə həyati təhlükəsi olan probləmlə üzləşən xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdıran psixososial və mənəvi yanaşma bacarığına;
– Qlobal və cəmiyyət miqyasında sağlamlıq,təhlükəsizlik və ətraf mühit problemlərinə həssas yanaşmağa;
– Daxili əmək intizamı qaydalarını,əməyin mühafizəsi,təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə qayda və normaları haqqında biliklərə;
3. Tədris və öyrənmə.
3.1 Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr peşəkar səviyyədə təlim nəticələrini əldə edə bilsinlər.
3.2 Tədris və öyrənmə metodları müvafiq sənədlərdə ( məsələn: müəllimin sillabusunda və s.) təsvir
edilməli və ictimaiyyətə( məsələn; orta ixtisas təhsil müəssisəsinin veb səhifəsində, proqramın proşuralarında və s.) açıq olmalıdır.
3.3 Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi orta ixtisas təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
3.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar.
- mühazirə, seminarlar, praktiki tapşırıqlar;
- təqdimatlar və müzakirələr;
- müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş)
- lahiyələr;
- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- hesabatlar;
- qrup qiymətləndirilməsi
- ekspert metodu
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil
və s.
3.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gucləndirilməsinə yetirilməlidir.
3.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.
4. Qiymətləndirmə.
4.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçülə bilsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
4.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn fənn proqramında,sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn: təhsil müəssisəsinin veb səhifəsində,proqramın broşürlərində və s.).
4.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
4.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsulla tələbəyönümlü yanaşmanın və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
– yazılı tapşırıqlar;
– bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
– şifahi təqdimatlar;
– sorğular;
– açıq müzakirələr;
– praktika hesabatları;
– praktikada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
– frontal sorğu;
– qrup şəklində və özünü qiymətləndirmə
– obyektiv strukturlaşdırılmış klinik imtahan (OSKİ), obyektiv strukturlaşdırılmış praktik imtahan (OSPİ)
– rol oyunları
– stimulyasiya
və s.
4.5.Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq, qabiliyyət səviyyəsinin düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.
4.6.Tələbələrə müəllimlərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
4.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələr akademik dürüstlüyə riayət etmək, plagializm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar.
4.8 Hər bir fənn sillabusu orta ixtisas təhsil müəssisəsinin müəllim heyəti tərəfindən hazırlanmalı, cəmiyyətin əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etmək məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.
5. Proqramın və hər bir fənnin təlim nəticələri.
5.1 Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin / akademik heyətin səlahiyyətindədir. Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının təlim nəticələrinə əlavələr edə bilər.
5.2 Təlim nəticələri hər bir orta ixtisas təhsili müəssisəsi tərəfindən Əlavə 1.1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (əlavə 1.2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
5.3 Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədi ilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.
6. İnfrastruktur və kadr potensialı.
6.1.Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
– ixtisas şöbələri ;
– müvafiq auditoriya fondu;
– elmi-tədris laboratoriyası;
– simulyasiya (mulyaj) mərkəzi;
– kompüter sinfi;
– istehsalat təcrübənin keçirilməsi üçün baza müəssisələri;
– kitabxana;
– kliniki bazalar
və s.
6.2 Orta ixtisas təhsil müəssisələrinin müəllim heyəti elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssislər də tədrisə cəlb oluna bilərlər.
7. Təcrübə
7.1 Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önəmlidir.
7.2 Təcrübə dövlət və özəl tibb müalicə müəssisələrində, sağlamlıq, reabilitasiya mərkəzlərində təşkil oluna bilər.
7.3 Təcrübədən əvvəl orta ixtisas təhsil müəssisəsi və təcrübə təşkil olunacaq müəssisə müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər müəssisədə, o cümlədən daimi yaşayış ünvanına müvafiq olaraq Azərbaycan Respublikasının regionlarında təcrübə keçməsinə icazə verilir. . Müqavilədə şərtlər, tələbənin hüquqları, öhdəlikləri və digər zəruri təfərrüatlar əks olunur.
7.4. İxtisasın spesifikasından asılı olaraq təcrübənin nəticələrini qiymətləndirilməsi meyarları Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əsasnamələri və orta ixtisas təhsil müəssisəsinin Pedaqoji Şura tərəfindən müəyyənləşdirilir.
8. Məşğulluq və ömür boyu təhsil.
8.1 “040709- Müalicə masajı” ixtisası üzrə məzunlara“Masajçı” peşə ixtisas dərəcəsi verilir. Məzunlar dövlət və özəl tibb müəssisələrində, sağlamlıq, reabilitasiya mərkəzlərində masajçı vəzifələrində işləyə bilərlər.
8.2 Orta ixtisas təhsil müəssisəsi Təhsil proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz media resurslarında yerləşdirməlidirlər.
8.3. “040709- Müalicə masajı” ixtisası üzrəSubbakalavr dərəcəsi alan məzunlar müxtəlif ixtisaslar üzrə Səhiyyə, rifah və xidmət qrupuna aid bəzi ixtisaslar üzrə bakalavr pilləsində təhsillərini davam etdirə bilərlər.
8.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və səriştələr məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir
.