Rəsulova Yeganə Məhəmməd -1 nömrəli Bakı Tibb Kollecində “İctimai elmlər fənni üzrə müəllim işləyir. “İctimai elmlər” fənn birləşmə komissiyasının sədridir.
Tələbənin azad şəxsiyyət və məsuliyyətli vətəndaş kimi formalaşması üçün ictimai elmlərin öyrənilməsi vacibdir. Tələbə məhz ictimai elmləri öyrənərkən insan haqlarının müdafiəsi və şəxsiyyətə hörmət, dünya kontekstində öz ölkəsinin hökumət, mədəni, iqtisadi və siyasi maraqlarını analiz etmək haqqında bilik əldə edir. Eyni zamanda tələbə özünün demokratik cəmiyyət və qanunun aliliyi qarşısında məsuliyyət və hüquqlarını öyrənir. Bütün bunlar tələbənin humanist dünyagörüşünün formalaşmasına yardım göstərir. Məhz ictimai elmlərin öyrənilməsi ilə tələbənin şəxsi ,ailəvi ,ictimai həyatda müstəqil qərarların qəbul edilməsi, həyata keçirilməsi haqqında biliyi inkişaf edir.
“İctimai elmlər” fənn birləşməsi komissiyasının müəllimləri dəyişən, dinamik etnik və mədəni cəhətdən rəngarəng dünyada tələbəyə özünü Azərbaycan cəmiyyətinin üzvü kimi dərk etməni; öz ölkəsinin ,cəmiyyətinin və referent icmasının mədəniyyətini tanımasını ; Azərbaycanda və ya dünyada yaşayan başqa cəmiyyətlərin mədəniyyətlərini tanımasını; qayğı əxlaqının nə olduğunu və nə üçün dəyərli olduğunu analiz etməsini və s. öyrətməyə çalışır. Eyni zamanda şəxsiyyətə hörmət və insan haqlarının müdafiəsi haqqında bilik əldə etməyə kömək edir. Bütün bunlar tələbənin azad şəxsiyyət kimi və cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmasına kömək edir.
“İctimai elmlər” fənn birləşməsində Azərbaycan tarixi və Hüquq fənləri tədris olunur. Bu baxımdan ictimai elmlərin əsası fənn birləşməsi müəllimləri tərəfindən keçirilən “Hüququn əsasları” fənni çox əhəmiyyətlidir. Hüquq fənninin əsas vəzifələrindən biri İnsan hüquqlarının və azadlıqlarının təşviqi və qorunması baxımından tələbələrə cəmiyyətdə insan hüquqlarının və universal mədəniyyətinin qurulması və qorunması üzrə səlahiyyət vermək məqsədi daşıyan təhsil, təlim, marifləndirmə , məlumat, təcrübə və fəaliyyətlər kimi müəyyən edir. Kollecimizdə təhsil alan hər bir tələbənin bu hüquq və azadlıqlara hörməti təbliğ etmək məqsədilə öyrətmək hüquq fənninin əsas vəzifələrindən biridir.
Təhsil inkişafa, həmçinin sosial və iqtisadi uğurlara nail olmaq üçün fərdlərin və icmaların imkanları və potensialına əsaslı təsir göstərir. Təhsil özü də bir insan hüququdur, həm də digər insan hüquqlarını həyata keçirmək üçün əvəzsiz vasitədir. Bu gün müstəqil Azərbaycan Respublikası bütün dünyaya inteqrasiya etdiyi bir zamanda müstəqil Azərbaycan Dövlərinin hər bir vətəndaşı, fərdi öz hüquq və azadlıqlarını bilməli və bu hüquq və azadlıqlarına hörmət etməlidir.Bu baxımdan ictimai elmlərinn əsası fənn birləşməsi müəllimləri tərəfindən kecirilən “Hüququn əsasları” fənni cox əhəmiyyətlidir. Kollecimizdə təhsil alan hər bir tələbənin bu hüquq və azadlıqlara hörməti təbliğ etmək məqsədilə öyrətmək hüquq fənninin əsas vəzifələrindən biridir.
İnsan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir; bu hüquqlar insanların onlar olmadan ləyaqətlə yaşaya bilməyəcəkləri əsas standartları müəyyən edir. İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Ayrıseçkiliyi məruz qalmamaq, yaşamaq hüququ, söz azadlığı, evlənmək hüququ və təhsil hüququ bu hüquqların nümunələrinə daxildir. İnsan hüquqları bütün şəxslər üçün bərabər, universal və daimidir. Onlar ayrılmaz, bölünməz və bir-birilərinə bağlıdır, bu o, deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməzlər; bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır.
Kollecdə təhsil alan hər bir tələbə İnsan hüquq və əsas azadlıqlarının nə olduğunu bilməli, bu hüquqlarından necə istifadə edə bilər, onlara necə riayət edə bilər? – Kollecdə təhsil alan hər bir tələbənin ilk növbədə təhsil almaq hüququ vardır. Hər kəsə “İnsan hüquq və azadlıqlarına hörməti gücləndirən” təhsil hüququ verilir. İnsan hüquqları təhsilinin məqsədi insan hüquqları mədəniyyətinə sahib bir dünya yaratmaqdır. Bu hər kəsin hüquqlarına hörmət edildiyi və hüquqların özünə hörmət edildiyi bir mədəniyyətdir; insanların öz hüquqları və məsuliyyətlərini başa düşdükləri, insan hüquqları pozuntularını müəyyən etdiyi və dıgərlərinin hüquqlarının qorunması üçün tədbir gördüyü bir mədəniyyətdir. Bu dil, adətlər, incəsənət və müəyyən yerlə əlaqədar bağlılıqları kimi insan hüquqlarının da fərdlərin həyatının bir parcası olduğu mədəniyyətdir. Hüquq fənninin əsas vəzifələrindən biri də İnsan hüquqlarının və əsas azadlıqlarının təşviqi və qorunması baxımından tələbələrə cəmiyyətdə insan hüquqlarının və universal mədəniyyətinin qurulması və qorunması üzrə səlahiyyət vermək məqsədi daşıyan təhsil, təlim, marifləndirmə, məlumat, təcrübə və fəaliyyətlər kimi müəyyən edir.
Tədris kursunun mərkəzində olan fənlərdən biri də “Azərbaycan Tarixi” fənnidir. Tələbə başlanğıc pillədə tarixi keçmişlə tanış olur bununla da keçmişdə baş vermiş müxtəlif maraqlı hadisələri, şəxsiyyətləri və mədəniyyət abidələrini öyrənir və onları bu günümüzlə əlaqələndirir. Bu, tələbənin keçmişinə qarşı marağını artıracaq və gənclərdə fərqli pərakəndə məlumatların bütöv şəkildə dərki-analizini asanlaşdıracaqdır.
Tələbələr Azərbaycan tarixinin əhəmiyyətli məsələləri ilə tanış olacaqlar. Müəllimin köməyi ilə tələbələr müxtəlif sosial, iqtisadi, siyasi, mədəni tərəflərdən Azərbaycan keçmişi və müasir dövrünü əlaqələndirməyi bacarmalıdırlar. İnformasiya əldə etmək üçün onlara müxtəlif növ mənbələr göstərməliyik ki, müvafiq dərin mülahizə və giriş imkanlarını verəcək. Nəticədə tələbələr onu da aşkar edəcəklər ki, keçmişi müxtəlif perspektivlərdən görə və dərk edə bilərl
“İctimai elmlər” fənn birləşməsinə aşağıdakı fənlər aiddir:
- Azərbaycan tarixi;
- Fəlsəfə;
- Hüququn əsasları;
- Bioetika;
- Multikulturalizmə giriş
“İctimai elmlər” fənn komissiyasinın tərkibində 8 nəfər müəllimdən ibarət pedaqoji heyət müəllim fəaliyyət göstərir.