Manafova Arzu Sabir qızı-1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işləyir. “Farmakoqnoziya” və “Kimya” fənn birləşmə komissiyasının sədridir.
Farmakoqnoziya yunanca “farmakon”- dərman və ya zəhər, “qnozis” isə məlumat və ya bilik deməkdir.
Farmakoqnoziyanın vəzifəsi farmakoloji aktiv maddələrin mənbəyi olan dərman bitkilərini, dərman bitkilərinin ehtiyatını, dərman xammallarının standartlaşdırılmasını öyrənməkdir.
Farmakoqnoziya ixtisasverici əsas fənlərdən biri olub, botanika, biokimya, əczaçılıq kimyası, dərman texnologiyası, farmakologiya fənləri ilə sıx əlaqədardır.
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini, çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsi və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir.
Kimya tarixi maddələrin xüsusiyyətlərinin və çevrilmələrinin öyrənilməsi ilə bağlı xüsusi biliklərin toplanması kimi mürəkkəb prosesi izah edir və təsvir edir.
“Farmakoqnoziya” və “Kimya” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- Qeyri-üzvi kimya
- Üzvi kimya;
- Analitik kimya;
- Əczaçılıq kimyası,
- Farmakoqnoziya;
- Farmakoqnoziya və botanika.
“Farmakoqnoziya” və “Kimya” fənn birləşməsi komissiyasının tərkibində 12 nəfər müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.