Direktor müavinləri

KƏRİMOVA ELNARƏ NURƏHMƏD

  Kərimova Elnarə Nurəhməd qızı 1964-cü il  avqust ayının 8-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhəri 46 saylı orta məktəbə daxil olmuş, 1981-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1987-ci ildə həmin İnstitutun “Pediatriya” fakültəsini bitirmişdir.

İnternaturasını 1987-1988-ci illərdə 3 nömrəli uşaq xəstəxanasında keçirmiş, təyinatı  Sumqayıt şəhəri Birləşmiş Uşaq Xəstəxanasında İntensiv-Terapiya və Reanimasiya şöbəsinə verilmişdir.

1991-ci ildə Bakı şəhəri “Mərhəmət” xəstəxanasında anestezioloq-reanimotoloq həkim vəzifəsində işləmişdir .1991-ci il 26 noyabrdan 26 dekabra qədər Moskva Transplantologiya və Süni Orqanlar Elmi-Tədqiqat İnstitutunun “Hemodializ problemi” kursunu və tətbiqini, 1992-ci il 9-27 iyun tarixi aralığında Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Qanköçürmə Stansiyasında qanköçürmə kursunu , 1992-ci ildə Azərbaycanın Təkmilləşdirmə İnstitutunda “Həkim reanimotoloq” ixtisasartırma kursunu müvəffəqiyyətlə keçmişdir.

1999-cu ildə prof. R.Q.Əliyev adına  Bakı 1 saylı Tibb Məktəbinə “Mamalıq işi” ixtisası üzrə müəllimə vəzifəsinə qəbul olub.

2006-cı ildən  1 nömrəli Bakı Tibb Kollecinin  “İnzibati və Təsərrüfat işləri üzrə” direktor müavini vəzifəsində çalışır.