1 nömrəli Bakı Tibb Kolleci 2022/2023-cü tədris ilində aparılacaq müsabiqədənkənar qəbulla
əlaqədar əlavə (təkrar) orta ixtisas təhsili almaq istəyən vətəndaşlar üçün sənəd qəbulu elan edir.
Qəbul əyani təhsil forması üzrə ödənişli əsaslarla rus və Azərbaycan bölmələri olmaqla aşağıda qeyd olunmuş ixtisaslar üzrə aparılır:
040714 “Tibb bacısı (qardaşı) işi”
040706 “Mamalıq işi”
040701 “Əczaçılıq”
Müraciət üçün tələb olunan sənədlər:
– Direktorun adına müraciət ərizəsi,
– Şəxsiyyəti təsdiq edən sənədin surəti (1 ədəd),
– Ali və ya orta ixtisas təhsili haqqında sənədin (diplomun) və ona əlavənin notarial qaydada təsdiq olunmuş surəti (1 ədəd).
QEYD: Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini və təhsil haqqında sənədin Azərbaycan Respublikasında tanınması barədə şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini təqdim etməlidirlər.
Sənədlər 25 may 2022-ci il tarixindən 15 iyun 2022-ci il tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 16:00-dək qəbul edilir.
Müsabiqədənkənar qəbulla bağlı müraciət etmiş vətəndaşların sənədləri Müsahibə komissiyasında baxıldıqdan sonra müvafiq qərara əsasən təhsil müəssisəsinə qəbul edilməsi və ya edilməməsi barədə 10 (on) iş günü müddətində əraziçiyə məlumat verilir.
Əlaqə nömrəsi: (+99412) 436 98 16
Comments are closed.