TARİXİMİZ BU GÜNÜMÜZ…
Azərbaycanda nəzəri və təcrübi tibbin tarixən inkişafı, ölkəmizdə zamanın tələblərinə cavab verən müalicə və ixtisaslı tibb kadrlarını yetişdirən tədris müəssisələrinin yaradılmasını labüd edirdi. Bu baxımdan XX əsrin ilk illərində Bakı Tibb Məktəbinin (Mama-feldşer Məktəbi) yaradılması tam gözlənilən faktdır.