News
Sen 23

Tələbələrin nəzərinə!

2022/2023-cü tədris ilində 1 nömrəli Baki Tibb Kollecinə qəbul olan tələbələrin nəzərinə !

Tələbələr kollecə gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

  1. Tam orta təhsil haqqında sənədin əsli;
  2. Şəxsiyyət vəsiqəsinin 5 ədəd surəti;
  3. 2 ədəd 3×4 ölçüdə sənəd üçün şəkil;
  4. Sağlamlıq haqqında tibbi arayış;
  5. Qeydiyyat olduğu ünvandan arayış;
  6. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş haqqında qəbz;
  7. Nigah haqqında şəhadətnamənin surəti (ailəlilər üçün).

Güzəştli kateqoriyaya aid olan tələbələrin  təhsil  haqqından azad olunması üçün lazım olan sənədlər.

1.Valideyn himayəsindən məhrum olan tələbələr üçün:

• Bir valideynin ölüm haqqında şəhadətnaməsini və digər valideynin I və ya II qrup əlliliyini müəyyən edən vəsiqənin notariat qaydada təsdiq olunmuş surəti və ya əlil olmağı haqqında Tibbi- Sosial Ekspert Komissiyasının rəyi ( arayış -1 ədəd);

• Hər iki valideynin ölüm haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti(1 ədəd);

• Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti (1ədəd);

2. I və II qrup əlilliyi və sağlamlıq imkanı məhdud olan tələbələr üçün ;

•  Tibbi sosial ekspert komissiyasının arayışı;

• I və II qrup əlilliyini müəyyən edən vəsiqənin notariat qaydada təsdiq olunmuş surəti (1ədəd);

•  Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti (1ədəd).

3. Məcburi köçkün statusu almış tələbələr üçün:

•  Köçkünlük haqqında vəsiqənin notariat qaydada təsdiq olunmuş surəti ( vəsiqə təqdim etdiyi vaxta uyğun təsdiqlənmiş olmalıdır- 1 ədəd);

•  Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti (1ədəd).

4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün , müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları üçün:

• Valideynin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı əlil olması haqqında əlilliyini müəyyən edən vəsiqənin surəti (1ədəd) və ya əlil olması haqqında Tibbi- Sosial Ekspert Komissiyasının arayışı (1ədəd);

• Valideynin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti (1ədəd).

5. Şəhid ailəsinin üzvləri üçün:

• Şəhid ailəsi statusunu təsdiq edən sənədin notariat qaydada təsdiq olunmuş surəti (1ədəd);

• Ailə tərkibi haqqında arayış;

• Valideynlərin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti (1ədəd);

• Tələbənin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti (1ədəd).

1-ci kursların dərslərinin başlanma tarixi saytımızda Elanlar bölməsində yerləşdiriləcəkdir.

Əlaqə nömrələri: (012) 436-98-08;   436-98-16;  436-98-13

E-mail; baki_tm1@esehiyye.az