Əczaçılıq

Qəhrəmanova Səidə Mirpaşa qızı– 1 nömrəli Bakı Tibb Kollecində “Əczaçılıq” fənni üzrə müəllim işləyir. “Əczaçılıq” fənn birləşmə komissiyasının sədridir.

              Əczaçılıq anlayışı dərman vasitələrinin alınması, emalı, istehsalı, hazırlanması, keyfiyyətinin yoxlanılması, standartlaşdırılması, saxlanılması və təyinatı üzrə buraxılması məsələlərini öyrənən və bunun izahını verən elmi və təcrübi bilikləri əhatə edir.

Təbabətin bir sahəsi olan əczaçılıq dərmanşünaslığın müxtəlif məsələləri, o cümlədən bitki, heyvan və mineral mənşəli xammal materialları, onların emalı, dərman preparatları şəklinə salınması, dərman maddələrinin sintezi, dərmanların hazırlanma nəzəriyyəsi və praktikası, dərman preparatlarının analizi, əczaçılıq tarixi və təşkili ilə məşğul olan elmlərin: əczaçılıq kimyası, farmakoqnoziya, əczaçılığın texnologiyası, əczaçılığın təşkili və iqtisadiyyatı kompleksindən ibarətdir.

Əczaçılıq texnologiyası eyni zamanda, müxtəlif dərman formaları və terapevtik sistemlər şəklində olan dərman vasitələri, müalicə, profilaktik, reabilitasion və diaqnostik preparatların alınması və yenidən işlənilməsi zamanı texnoloji proseslərin nəzəri əsaslarını da öyrədir.

“Əczaçılıq”  fənn birləşməsinə  aşağıdakı fənlər daxildir:

  • Dərman formalarının texnologiyası
  • Əczaçılığın təşkili və iqtisadiyyatı

“Əczaçılıq” fənn birləşməsi komissiyasının tərkibində 8 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.

Dərman formalarının texnologiyası

Dərman formaları(tablet, toz, tinktura, məlhəm, maye), hazırlanma texnikası (zavodlarda, aptek müəssisələrində), apteklərdə asseptik işlərin təşkili, tərəzilərlə, digər avadanlıqlarla işləmə qaydaları, dozalanma üsulları öyrədilir.

Əczaçılığın təşkili və iqtisadiyyatı

“Dərman vasitələri haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunları, aptek müəssisələrinin işinin təşkili qaydaları, dərman vasitələrinin dövlət qeydiyyatının aparılması, tibbi təyinatlı malların saxlanılması, əczaçılığın əmtəəşünaslığı qaydaları öyrədilir.

QƏHRƏMANOVA SƏİDƏ MİRPAŞA

Vəzifəsi: Müəllim
Doğum tarixi: 08.09.1985
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -2007, Əczaçılıq
İxtisas: Əczaçılıq
İşə qəbul olunma tarixi: 13.09.2007

ƏKBƏROVA TƏRANƏ HƏSRƏT

Vəzifəsi: Müəllim
Doğum tarixi:  27.12.1965
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1988, farmasiya
İxtisas:  Provizor
İşə qəbul olunma tarixi: 12.10.2004

TAĞIYEVA MEHRİBAN MƏMMƏD

Vəzifəsi: Müəllim
Doğum tarixi:  26.06.1971
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1994, farmasiya
İxtisas:  Provizor
İşə qəbul olunma tarixi: 12.09.2000

BUDAQOVA ESMİRA BAHƏDDİN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  12.03.1978
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -2000, əczaçılıq
İxtisas: Əczaçılıq
İşə qəbul olunma tarixi:  22.10.2002

RƏCƏBOVA ŞƏHLA RƏCƏB

Vəzifəsi: Müəllim
Doğum tarixi: 19.08.1961
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1985, farmasiya
İxtisas: Provizor
İşə qəbul olunma tarixi: 04.10.1997

TƏHMƏZOVA NİGAR TAĞI

Vəzifəsi: Müəllim
Doğum tarixi: 01.12.1960
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1983, farmasiya
İxtisas: Provizor
İşə qəbul olunma tarixi: 01.10.1997

CABBAROVA NİGAR NÜSRƏT

Vəzifəsi: Müəllim
Doğum tarixi:  23.06.1983
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -2004, əczaçılıq
İxtisas: Əczaçılıq
 İşə qəbul olunma tarixi:  21.09.2005

NƏCƏFOV CAVİD ŞAHİN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 27.12.1963
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1986, farmasiya
İxtisas: Provizor
İşə qəbul olunma tarixi: 19.03.1994