May 12

“Təxirəsalınmaz yardım”

12 May Beynəlxalq Tibb bacısı günündə 1 nömrəli Bakı Tibb Kollecində “Təxirəsalınmaz yardım” olimpiadası keçirilmişdir.
1 nömrəli Bakı Tibb Kollecinin yaranmasının 120 illiyinə həsr olunmuş olimpiadanın keçirilməsində məqsəd vaxtında düzgün aparılmış təxirəsalınmaz yardımın nə qədər vacib olduğunu çatdırmaq idi . Olimpiadanın əsas şüarı “bilik və bacarıq” və qiymətləndirmədə əsas meyar isə” zaman və keyfiyyət ” idi.Olimpiadada 4 komanda:tibb bacısı şöbəsinin “Şəfqət”, müalicə işi şöbəsinin “MedStars”, mamalıq işi şöbəsinin “Yeni nəfəs “, müalicə masajı şöbəsinin  “Xüsusi təyinatlı təbib ” komandaları iştirak etmişdir.
Olimpiada 4 mərhələdə keçirildi: desmurgiya, arterial qanaxmanın dayandırılması, böyüklərdə təməl yaşam dəstəyi və immobilizasiya .
Qalib Müalicə işi şöbəsinin “MedStars ” komandası oldu.
Olimpiada iştirakçılarına diplom və hədiyyələr verildi.