İngilis dili

Məmmədova Elmira Qalası qızı 1 nömrəli Bakı Tibb Kollecində “İngilis-dili” fənni üzrə müəllim işləyir. “İngilis-dili” fənn birləşməsi komissiyasının sədridir.

Son dövrdə Azərbaycanda təhsilin Avropa təhsil məkanına inteqrasiyası nəticəsində xarici dillərin, xüsusilə də İngilis-dilinin öyrənilməsinə maraq və tələbat nəzərəçarpan dərəcədə artmışdır. Bu səbəbdən xarici dillərin tədrisinə tamamilə yeni yanaşmalara istinad edilməsi və yeni texnologiyaların tətbiqi bir zərurət olmuşdur.

Müasir tələblərə uyğun olaraq İngilis dilinin tədrisinin məzmun və metodlarının təkmilləşdirilməsi “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənn birləşməsinin fəaliyyətinin başlıca istiqamətini təşkil edir.

İngilis-dili sərbəst tədris olunmaqla öz spesifikliyi, tibb işçisinin latın dili və klinik fənlər tədrisində sıx inteqral əlaqə yaratmaqla öyrənilir.

Dərslərin aparılmasının əsas forması seminarlardır. Bu üsulla yeni materialların izahı  keçmiş mövzuya nəzarəti kombinə etmək mümkün olur. Dərslər əsasən tədris-əyani vasitələrdən istifadə etməklə aparılır(cədvəl, diaqram, kino və video filmlər, audio materiallar, disklər və s.).

Təlim materiallarının məzmununun yeniləşdirilməsi, real həyatda gerçəkliyini əks etdirən məlumatlara əsaslanan dərsliklərin işlənilməsi də daima diqqət mərkəzində olan məsələlərdən biridir. Bu fənnin öyrənilməsi tibb işçisinin gündəlik təcrübə işində ingilis dilində xəstə və digər işçilərlə əlaqə yaradılmasına, tərcümə texnikasına yiyələnməyə yönəlmişdir.

Tibb işçisinə aid praktik və peşəkar tibbi ingilis dilinin öyrədilməsi, peşə mətnlərinin texniki tərcümə bacarığına(lüğətlə) yiyələnmək, söhbət, şifahi anlama, yazılı anlama, dinləmə (linqafon kabinetində qulaqcıqlarla) dinləmə vasitəsilə tələbələr hər hansı tibbi mətni dinləməklə anlayıb fikirlərini ifadə edə bilmək və diskussiya aparmaq, qarşılıqlı əlaqə yaratmaq fənnin məqsədlərindəndir.

“İngilis-dili” fənn fənn birləşməsinə aşağıdakı fənn daxildir:

  • İngilis dili dildə işgüzar və akademik kommunikasiya

“İngilis dili” fənn birləşməsi komissiyasının tərkibində 10 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.

Xarici dildə işgüzar və akademik kommunikasiya

Xarici dildə işgüzar və akademik kommunikasiya fənnində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik işgüzar yazı, şifahi və yazılı bacarıqları öyrədilir. Keçirilən xarici dilin ixtisasa uyğun tərcüməsi, danışıq qaydaları, lüğət vasitəsilə peşəsinə aid mətnləri tərcümə etmək öyrədilir. Söz ehtiyatının artırılmasına diqqət yetirilir.

MƏMMƏDOVA ELMİRA QALASI

Vəzifəsi: Müəllim
Doğum tarixi: 21.08.1974
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti -1997,ingilis dili-filologiya. Magistr-1999, dilşünaslıq
İxtisas: İngilis dili
İşə qəbul olunma tarixi: 01.09.2008

CƏFƏROVA SEVDA MEHMAN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  26.11.1987
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Kooperasiya Universiteti – 2009, ingilis dili
İxtisas: İngilis dili
İşə qəbul olunma tarixi: 22.09.2014

HƏSƏNOVA SEVİNC QƏHRƏMAN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  10.12.1961
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Pedaqoji Universiteti – 1984, İngilis dili
İxtisas:  İngilis dili
İşə qəbul olunma tarixi: 07.06.2004

ZEYNALOVA LƏTİFƏ ƏVƏZ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  01.10.1960
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Pedaqoji Universiteti – 1984, İngilis dili
İxtisas:  İngilis dili
İşə qəbul olunma tarixi: 14.07.2004

ABDULLAYEVA KİFAYƏT ARZUMAN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 07.06.1980
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti-2002,  ingilis dili-filologiya
İxtisas: Filologiya
İşə qəbul olunma tarixi: 09.01.2004

HACIYEVA VƏFA AKİF

Vəzifəsi: Müəllim
Doğum tarixi:  13.07.1980
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti – 2001, İngilis dili-filologiya, Magistr-2003
İxtisas:  İngilis dili
İşə qəbul olunma tarixi: 12.09.2006

İSMAYILOVA RUHİYYƏ RAUF

Vəzifəsi: Müəllim
Doğum tarixi:  01.05.1977
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti – 2002, filologiya
İxtisas:  İngilis dili
İşə qəbul olunma tarixi: 30.09.2004

ƏSƏDOVA SEVANƏ QARDAŞXAN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 01.11.1976
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Beynəlxalq Universiteti -2004, filologiya
İxtisas: İngilis dili
İşə qəbul olunma tarixi: 23.03.2005

HƏSƏNOVA GÜLNARƏ RAMİZ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  24.07.1988
Bitirdiyi təhsil müəssisəsi: Odlar Yurdu Universiteti – 2011, Filologiya
İxtisas:  İngilis dili
İşə qəbul olunma tarixi: 21.09.2016

QARAYEV TURAN RÖVŞƏN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  26.01.1989
Bitirdiyi təhsil müəssisəsi: Xəzər Universiteti – 2012, filologiya
İxtisas:  İngilis dili və ədəbiyyat
İşə qəbul olunma tarixi: 21.09.2016