Cahangirova Elmira İsa qızı -1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işləyir. “Anatomiya, fiziologiya və patologiyanın əsasları” fənn birləşmə komissiyasının sədridır.
İnsanın anatomiyası-orqanizmin mənşəyini, inkişafını, quruluşunu, xarici forma və şəklini, onu təşkil edən orqanların, toxumaların qarşılıqlı əlaqələrini və mühitlə münasibətdə vəhdətini öyrənən elmdir. Anatomiya yunanca anatemno-yarıram, kəsirəm sözündən götürülüb.
Anatomiyanın əsas tədqiqat obyekti insandır.
Fiziologiya (yunanca physis-təbiət, logos-elm) elminin qarşısında duran əsas məsələ insan və yaxud heyvan orqanizmində gedən proseslər və bunların əsasında meydana çıxan ümumi qanunauyğunluqların, təkamülün, onların qarşılıqlı əlaqələrinin, bu əlaqələrin yaranma səbəblərinin və onlarda gedən fizioloji proseslərin keyfiyyətcə fərqli cəhətlərinin öyrənilməsidir.
Fiziologiyanın tədqiqat obyekti heyvanlar üzərində aparan təcrübələrdir.
Patologiya (yunanca pathos-xəstəlik, logos-elm) xəstəliklərin yaranması, inkişafı nəticəsində orqanizm və orqanlarda baş verən dəyişikliklərin qanunauyğunluqlarını öyrənən elmdir.
Patologiyanın tədqiqat obyekti xəstə orqanizmdir.
“İnsanın normal anatomiya və fiziologiyası” fənninin tədrisinin məqsədi tələbələrə insan orqanizminin xarici və daxili quruluşunu, onun orqanlarının formasını və topoqrafiyasını öyrətmək, mənşə və inkişafla bağlı olan dəyişiklikləri aşkar etməklə yanaşı, həmçinin quruluşla funksiya arasındakı qarşılıqlı münasibətləri müəyyən etməkdir.
“Patologiya” kursunun məqsədi tələbələrə insan orqanizminin quruluşu və funksiyasının patologiyası haqqında, digər tibb fənlərinin öyrənilməsi və gələcək iş təcrübəsi üçün zəruri olan təcrübi və nəzəri biliklər verməkdən ibarətdir.
“Anatomiya, fiziologiya və patologiya” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- İnsanın normal anatomiya və fiziologiyası
- Patologiya
Hər iki fənn- ixtisasın peşə hazırlığı fənni olub, Azərbaycan və Rus dillərində tədris olunur.
Dərslər əyani keçirilir, tədris forması iki istiqamətdə aparılır: nəzəriyyə və praktik məşğələ.
“Anatomiya, fiziologiya və patologiya” fənn birləşməsi komissiyasının tərkibində 16 həkim-müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir.
Pedaqoji heyətinin tərkibindən Əliyeva Nailə Həsən qızı-tibb elmlər namizədi, Abdullayev Oqtay Sabir oğlu-tibb üzrə fəlsəfə doktorudur. Cəfərova Nərminə İlham qızı isə hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir.