News
Sen 09

Abituriyentlərin nəzərinə…

2022/2023-cü tədris ilində 1 nömrəli Baki Tibb Kollecinə qəbul olan  abituriyentlərin nəzərinə!

2022/2023-cü tədris ilində kollecə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada—portal.edu.az platforması vasitəsi ilə aparılacaqdır. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

Qeydiyyat tarixi: 2022-ci il 12 sentyabr 12:00-dan 21 sentyabr 23:59-dək .

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri Dövlət İmtahan Mərkəzi tərəfindən kollecə göndərilməyəcəkdir.

Abituriyent onlayn qeydiyyatdan keçmək üçün Tam orta təhsil haqqında ATTESTAT (skan olunmuş PDF formatda) əldə etməlidir. Uğurlar!

    əlaqə nömrələri: (012) 436-98-08;   436-98-16;  436-98-13

     E-mail; baki_tm1@esehiyye.az