News
İyl 03

1 əsrdən çox tarixə malik olan kollecimiz

Qədim tibb təhsili ocağının 120 illik yubileyi qeyd olunur.

    Azərbaycanın qocaman təhsil ocağı olan 1 nömrəli Bakı Tibb Kolleci ölkəmizdə orta ixtisaslı tibb kadrları hazırlayan ilk təhsil müəssisəsi kimi həyata vəsiqəsini 120 il öncə almışdır.

     İlk tibb təhsili ocağı çətin və mürəkkəb, eyni zamanda uzun və şərəfli bir inkişaf yolu keçərək zəngin ənənələrə malik, təbabətin ayrı-ayrı sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisaslı mütəxəssis hazırlığını həyata keçirən təhsil müəssisəsinə çevrilmişdir.

      Bu il kollecin 120 İllik Yubileyinin yüksək səviyyədə keçirilməsi üçün tədbirlər planı   hazırlanır və qeyd olunması planlaşdırılır.