Kitabxana haqqında

“Kitabxana  xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.

Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

_____________________________________________________________________________________________Heydər Əliyev

        Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də kitabxanalarımızdır. Təhsil sisteminin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı ilə yanaşmışdır. 

 İnsan təfəkkürünün inkişafında,elmi mədəni səviyyəsinin ,dünyagörüşünün formalaşmasında zəngin mütaliə həlledici rol oynayır.

“ Təhsil insanın,cəmiyyətin və dövlətin inkişafına, maraq və mənafeyinə xidmət edən ,strateji əhəmiyyətə malik olan fəaliyyət sahəsidir”-fikrini əsas tutaraq, təhsilin tam və dolğun mənimsənilməsi prossesində kitabxana mühüm rol oynayır deyə bilərik.

1 nömrəli Bakı Tibb Kollecinin kitabxanası ictimai siyasi tarixi,tədris,metodiki və bədii ədəbiyyat fonduna malikdir.Vahid kitabxana fondunda 52000-dən artıq kitab mövcuddur. Kitabxana yaxşı təchiz edilmiş kitabların saxlanması üçün anbara və abonemetə malikdir.

Kitabxana oxucu auditoriyamızın sayı isə 1800-dən artıqdır.Bura müəllim kollektivi,inzibati işçilər və əlbətdəki ən əsası tələbələr daxildir.

 Kitabxana ərazisi müasir mebel və texnoloji avadanlıqla təmin olunmuşdur.  Onların (kompüter,skanner,printer və s.) daim işlək vəziyyətdə olması kitabxanaçılar tərəfindən nizamlanir.

Hər tədris ilinin kitabxana hesabatı hazırlanır və kollecin direktoru tərəfindən imzalanıb möhürləndikdən sonra Azərbaycan Respublikasının Dövlət Elmi kitabxanasına təqdim olunur.

Tələbələri daim maarifləndirmək və təbliğat məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarışa əsasən rəsmi bayram və xatirə anım günlərində kitabxanada müntəzəm olaraq kiçik stend guşə hazırlanır.  Tibb elminin inkişafı yolunda böyük  nailiyyətlər qazanan elm xadimlərinin yeni nəşr olunmuş kitab və məqalələrinin təbliğatı da aparılır.