Müalicə işi

  1. Ümumi müddəalar
    1. Orta ixtisas təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərslərdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkilini,təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə əks etdirən dövlət sənədidir.
    1. 040701-“Müalicə işi” ixtisası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 11 N-li qərarı ilə təsdiq edilmiş, “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı” ilə müəyyənləşdirilir.
    1. 040701-“Müalicə işi” ixtisası üzrə təhsil proqramı Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”, “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı” və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmışdır.
    1. Strukturda istifadə olunan işarələr:

İTP-ixtisas üzrə Təhsil proqramı

ÜK-ümummədəni kompetensiyalar

PK-peşə kompetensiyaları

2.040701-“Müalicə işi” ixtisası üzrə məzunların ixtisas xarakteristikası və kompetensiyası

2.1 Subbakalavrın ixtisas xarakteristikası.

Subbakalavr:

  • “Feldşer” ixtisası üzrə subbakalavr müalicə profilaktika, həmçinin elmi-tədqiqat institutlarında və ixtisaslaşmış tibb müəssisələrində peşə fəaliyyətinə, eləcə də təhsili bakalavr pilləsində davam etdirməyə hazır olmalı;
  • Öz ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq göstərməli;
  • Azərbaycan tarixinin əsas mərhələlərini və xronologiyasını bilməli, dövlət dilində sərbəst danışmalı və yazı vərdişlərinə malik olmalı, xarici dillərin birində ünsiyyətdə olmağı bacarmalı;
  • Standart və qeyri-standart şəraitdə qərar qəbul etməli və ona cavabdeh olmağı bacarmalı;
  • Öz peşə fəaliyyətini təşkil etməli, vəzifə borcunun yerinə yetirilməsi üçün müxtəlif üsulları seçməyi və onları qiymətləndirməyi bacarmalıdır;

2.2 Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

– Peşəsinə dair biliklərin artırılması və şəxsiyyət kimi formalaşması üçün bu məsələlərə aid məlumatları əldə etməli və onlardan səriştəli istifadə etməyi bacarmalı ÜK;

– İxtisas səviyyəsini daimi artırmalı və iş sahəsində tez-tez dəyişən texnika, texnologiyalardan və müalicə üsullarından istifadə etməyi bacarmalı ÜK;

– Peşə fəaliyyətində informasiya –kommunikasiya texnologiyalarından istifadəni bacarmalı ÜK;

– İş yoldaşları və xəstələrlə mədəni davranış mədəniyyətinə malik olmalı ÜK;

– İşin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacarmalı ÜK;

– Peşə vəzifələrini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirməyi bacarmalı ÜK,

2.2.1 Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir;

– Peşə fəaliyyəti sahəsində əmək kollektivində işləmək qabiliyyəti (ÜK-1);

– Peşə fəaliyyəti ilə bağlı digər sahələrin mütəxəssislərilə ünsiyyətdə olmaq qabiliyyətinə (ÜK-2)

– Kollektivin ictimai həyatında fəallığa (ÜK-3)

– Hüquqi biliklər və etik normalara malik olmağa (ÜK-4)

– Sərbəst düşünmək, müstəqil qərar qəbul etməyə (ÜK-5)

– İstehsalat işlərinin təşkilində bacarıq və vərdişlərə malik olmağa (ÜK-6)

– Təşəbbüskarlıq və yaradıcı qabiliyyətə malik  olmağa (ÜK-7)

– Peşə fəaliyyətində təşkilatçılıq bacarığına və planlaşdırmaq qabiliyyətinə malik olmağa (ÜK-8)

2.2.2 Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

– Peşə məsələlərini həll edərkən müalicə diaqnostik aparatları işlətmək bacarığına malik olmalı (PK-1)

– Peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi qaydalarına sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına malik olmalı (PK-2)

– Peşə fəaliyyəti dairəsində ekoloji təsirin zərərli nəticələrini minimuma endirmək, əmək şəraitinin təhlükəsizliyini və yaxşılaşdırılmasını təmin etmək üçün peşə biliklərini tətbiq etməyə hazır olmalı (PK-3)

– Kompüterlə işləmək və ümumi təyinatlı proqram təminatından istifadə etmək bacarığına malik olmalı (PK-4)

– Müalicə diaqnostik üsulların aparılmasında iştirak etməyi bacarmalı (PK-5)

– Feldşer-mama məntəqələrində tibb müəssisələrində xəstələrin müxtəlif əməliyyatlara hazırlanmasında müstəqil iş aparmağı bacarmalı (PK-6)

– Tədqiqat obyektinə uyğun olaraq informasiya axtarışı aparmağı bacarmalı (PK-7)

– Xəstələrin qəbulu, yerləşdirilməsi və diaqnostika məqsədi ilə analizlərin aparılmasında iştirak etməyi bacarmalı (PK-8)

– Zərərli və güclü təsiredici maddələrlə zəhərlənmələr zamanı kimyəvi toksikoloji analizin aparılmasını bacarmalı (PK-9)

– Feldşer-mama məntəqələrində ən çox təsadüf olunan xəstəliklərin diaqnozunu qoyub müalicə təyin etməyi, resept yazçağı, xəstələrin məsləhət üçün müvafiq mütəxəssis yanına göndərməyi bacarmalı (PK-11)

– Xəstələrə, uşaqlara və qocalara ev və müalicə profilaktika müəssisələrində nəzarət və qulluğu bacarmalı (PK-12)

– Xəstə və alətlərin müalicə diaqnostik əməliyyatlara hazırlanmasını, laborator müayinə üçün materialı götürməyi bacarmalı (PK-13)

– Təsdiq olunmuş tibbi sənədlərin tərtibini, müvəqqəti iş qabiliyyətini itirmişləri müəyyən etməyi bacarmalı (PK-14)

– Texnoloji proseslərin təhlilində müasir İKT üsullarından istifadə etməyi bacarmalı (PK-15)

  • Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər .
    • Peşə fəaliyyətinin xarakteristikası
      • Peşə fəaliyyətinin əsas istiqamətləri:

040701-“Müalicə işi” ixtisası üzrə subbakalavrın peşə fəaliyyətinin əsas istiqamətləri:-istehsal texnoloji

  • Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

İstehsal-texnoloji sahəsi üzrə:

  • Müayinə materiallarının, steril məhsulların hazırlanmasına nəzarət, diaqnostik laboratoriyaların işinə aid əsas tələblərdən istifadə etmək;
  • Dərman preparatların tədqiqində tətbiq olunan metodlardan və təlimatlardan istifadə etmək;
  • Həkim və pasiyentin münasibətləri və öz praktikasında onlardan istifadə etmək ;
  • Tibbi yardımın etik normaları, işçilərin münasibəti, öz sağlamlığı və həkim məsləhətlərinə münasibətdə pasiyentin əxlaqi statusu haqqında beynəlxalq təlimatlardan istifadə etmək ;

4. 040701-“Müalicə işi” ixtisasi üzrə subbakalavr hazırlığını həyata keçirən orta ixtisas təhsili müəssisəsinin maddi-texniki,tədris bazası və kadr potensialı

4.1 Maddi-texniki baza:

Təhsil proqramını həyata keçirən orta ixtisas təhsili müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi texniki bazaya(kabinələr,laboratoriyalar,kitabxana,idman,oxu və akt zalları)malik olmalıdır.Maddi texniki baza qüvvədə olan inşaat normalarına,sanitar və gigiyenik qaydalarına,kollecdə kabinet və laboratoriyalarının olması normativlərə uyğun olmalıdır.

     Orta ixtisas təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali təhsili olan pedaqoji kadrlarla təmin olunmalıdır.Orta ixtisas təhsil müəssisələrində təhsil verənlərin keyfiyyət göstəricilərinə aşağıdakılardır daxildir:

  • Öz fəaliyyətində innovativ təlim,informadiya-kommunikasiya,müasir texnika,yeni laborator-müayinə və pedaqoji yexnoloqiyalardan istifadə etməli;
  • Öz fəaliyyətində innəvativ təlim,informasiya-kommunikasiya,müasir texnika,yeni laborator -müayinə və pedaqoji texnoloqiyalardan istifadə etməli;
  • Orta ixtisas təhsili sahəsində çalışan kadr həkimlik və pedaqoji təcrübəyə maik olmalı;
  • Mütəmadi olaraq öz bilik və bacarığına artırmaq üçün müəyyən olunmuş müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.

5. Tədris prosesinin forma və metodları.

5.1   Subbakalavr hazırlığı mühazirə(laboratoriya), seminar,məsləhət,sərbəst iş,təcrübə və s. Formalarında həyata keçirilir

5.2   Subbakalavr hazırlığı  üzrə tədris prosesində şifahi şərh,müşahidə,interaktiv təlim,müstəqil iş,diskussiya,dəyirmi masa,illlüstrasiya,tədqiqaçılıq,laboratoriya,praktik iş və digər metodlardan istifadə edilə bilər.

5.3    040701.”Müalicə işi”ixtisası üzrə subbakalavr hazırlığında istehsalat və diplomqabağı təcrübələr nəzərdə tutulur.(təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir).Təcrübələr növündən asılı alaraq müvafiq tibb müəssisələrində və tibb kolleclərində keçirilə bilər.

6. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə.

6.1    Subakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət atestasiyası ile yekunlaşır.

6.2     Tədris planının bütün şərtlərini yerinə yetirmiş,o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan(fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

6.3      Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir,onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.

6.4     Yekun attestasiya ixtisas üzre buraxılış yekun dövlət imtahanından ibarətdir.

6.5      Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır.İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqeamı mənimsəmiş hesab edilir.Orta təhsil müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “subbakalavr”orta peşə-ixtisas dərəcəsi verilir.

6.6     Yekun attestasiyasının təşkili və keçirilməsi orta ixtisas kolleci tərəfindən müəyyənləşdirilir.