Cərrahi xəstəliklər

Salahova Könül Şənlik qızı – 1 nömrəli Bakı Tibb Kollecində “Cərrahi xəstəliklər” fənni üzrə müəllim vəzifəsində işləyir. “Cərrahi xəstəliklər” fənn birləşmə komissiyasının sədridir.

Cərrahlıq təbabətin ən məsuliyyətli bir sahəsidir.Fransız cərrahı R.Lerişin sözlərilə desək, “cərrahi əməliyyat insanı, onu öldürə bilən yollarla xilas edir”. Xəstənin cərrahi müalicəsində tibb bacısının iştirakı cərrahın iştirakı qədər vacibdir. Çünki əməliyyatın nəticəsi əksər hallarda vaxtında və düzgün göstərilən ilk yardımdan, xəstənin əməliyyata hazırlanmasından, həkimin təyinatlarının son dərəcə dəqiq yerinə yetirilməsindən və əməliyyatdan sonrakı dövrdə, eləcə də reabilitasiya dövründə xəstəyə düzgün qulluqdan asılı olur ki, bunu da çox vaxt tibb bacıları həyata keçirirlər. Eyni zamanda, cərrahlıqda yeni texnologiyaların tətbiqi, müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində işləmək, cərrahiyyənin inkişaf səviyyəsi peşəkar cərrahi biliklərə və vərdişlərə malik tibb bacılarının hazırlığını tələb edir. Tələbələrə cərrahi klinikalarda etika, deontologiya aspektləri, aseptika, antiseptika, anesteziya, desmurgiya anlayışları, əməliyyatdan əvvəl, əməliyyat zamanı, əməliyyatdan sonra tibb bacısının işi, keyfiyyətli tibbi qulluq üzrə təcrübi vərdişlər, müxtəlif cərrahi infeksiyalar, daxili üzvlərin,görmə, eşitmə analizatorlarının cərrahi xəstəlikləri və zədələnmələri, simptomatikası, müalicə prinsipləri haqqında nəzəri biliklər, təcrübi vərdişlər, təxirəsalınmaz hallarda ilkin tibbi yardım etmək üzrə bacarıqlar öyrədilir.

“Cərrahi xəstəliklər” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:

  • Cərrahi xəstəliklər travmatologiyanın əsasları ilə;
  • Cərrahi xəstəliklər otolarinqologiyanın əsasları ilə;
  • Oftalmologiya;
  • Diş və ağız boşluğu xəstəlikləri;
  • Ümumi cərrahiyyə;
  • Cərrahiyyədə tibb bacılığı;
  • Onkologiyada tibb bacılığı;
  • Cərrahi xəstəliklər.

“Cərrahi xəstəliklər” fənn birləşməsi komissiyasının tərkibində 34 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.

Cərrahi xəstəliklər travmatologiyanın əsasları ilə

Cərrahi xəstəliklər otolarinqologiyanın əsasları ilə

Oftalmologiya

Oftalmologiya fənninin məqsədi tələbələrin göz xəstəlikləri haqqında lazımı qədər nəzəri bilik və təcrübə öyrətməkdir. Tələbələrə görmə funksiyasının elementləri və onların təyin edilmə üsulları (mərkəzi görmə, görmə sahəsi, işıq, rəng duyğusu binokulyar görmə), gözün reaksiyası, artan yaxıngörmə və onun profilaktikası, gözdaxili təzyiqin təyin edilməsi, bu xəstəliyin əsas simptomları, qlaukomanın formaları, tutmalar zamanı təxirəsalınmaz yardımın göstərilməsi öyrədilir.

Yenidoğulmuşlarda diaqnozu qoyula bilən anadangəlmə qlaukomanın əlamətləri aşılanır.

Diş və ağız boşluğu xəstəlikləri

Diş və ağız boşluğu fənninin məqsədi dişlərin, çənənin, ağız boşluğunun xəstəlikləri, onların etiologiyası, patogenezi, müalicəsi, diaqnostikası və profilaktikası haqqında nəzəri bilik və təcrübə öyrədir. Üst çənə nahiyəsində və ağız boşluğunda iltihabi proseslər, anadangəlmə qüsurların deformasiyası, travmaların müalicəsi tələbələrə öyrədilir. Belə ki, orta tibb işçisi həkimin təyinatını düzgün yerinə yetirməli, həkimdən əvvəl lazımi tibbi yardım göstərməyi bacarmalı, xəstələrə qulluq etməyi bilməlidir.

Ümumi cərrahiyyə

Ümumi cərrahiyyə fənnində cərrahi xəstəliklərin klinikası, diaqnozu və müalicə üsulları, cərrahi infeksiyaların profilaktikası, kəskin cərrahi patologiyaların yaranma səbəbləri, transfuziologiya haqqında anlayış öyrədilir. Onkologiya, travmatologiya, urologiya və praktologiyanın əsasları haqqında təsəvvür yaradılır. Texnika təhlükəsizliyi qaydaları öyrədilir. Qulaq, burun, boğaz üzvlərinin peşə spesifik xəstəlikləri, əlavə ciblərin, udlağın, qırtlağın, qulağın iltihabi xəstəlikləri zamanı həkiməqədərki ilk tibbi və təxirəsalınmaz yardım göstərmək öyrədilir. Xəstənin əməliyyata hazırlanmağı, əməliyyat vaxtı və əməliyyatdan sonrakı qulluq qaydaları, sarğı qoymaq və yaranı işləmək, xəstənin daşınması və gips sarğısının qoyulma texnikası, sarğı materiallarının hazırlanması və steriliyə nəzarət öyrədilir. Cərrahi alətlərin seçilməsi, sterilizasiya və əməliyyat stolunda hazır şəkildə düzülməsi, aseptika, antiseptika qaydaları aşılanır.

Oftolmologiya haqqında anlayışı, göz almasının anatomiyasını, görmə analizatorunu, refraksiyası, akkomodasiyanı, çəpgözlüyü, göz qapaqlarının göz yaşı aparatının, konyuktivanın, buynuz qişanın və skleranın xəstəlikləri öyrədilir. Göz xəstəliklərinin müayinə üsullarıgörmə itiliyi, görmə sahəsi, rəng duyğusunun yoxlanması bacarığı, göz xəstəlikləri zamanı həkimin təyinatına əsasən müalicə üsulları haqqında bacarıq öyrədilir.

Cərrahiyyədə tibb bacılığı

Cərrahiyyədə tibb bacılığı fənnində tələbələrə cərrahi klinikalarda etika, deontologiya aspektləri, aseptika, antiseptika, anesteziya, desmurgiya anlayışları, əməliyyatdan əvvəl, əməliyyat müddəti, əməliyyatdan sonra tibb bacısının işi, keyfiyyətli tibbi qulluq üzrə təcrübi vərdişlər, müxtəlif mənşəli cərrahi infeksiyalar, daxili üzvlərin, görmə, eşitmə analizatorlarının cərrahi xəstəlikləri və zədələnmələri, simptomatikası, müalicə prinsipləri haqqında nəzəri biliklər, təcrübi vərdişlər, təxirəsalınmaz hallarda ilkin tibbi yardım etmək üzrə bacarıqlar öyrədilir.

Onkologiyada tibb bacılığı

Onkologiyada tibb bacılığı fənnində onkoloji xəstəliklər, xoş və bəd xassəli şişlərin fərqli xüsusiyyətləri, xərçəngönü  xəstəliklər haqqında anlayış, onkologiyada tətbiq olunan əsas dioqnostik üsullar, müalicə üsulları, xəstələri  bu müayinələrə, proserdurlara, manipulyasiyalara, əməliyyatlara hazırlamaq qaydaları, bunların həyata keçirilməsində tibb bacısının işi, onkoloji xəstələrə xüsusi qulluq (əməliyyatdan sonra), onlarla etik davranış qaydaları, onkoloji xəstələrin dispanserizasiyası, reabilitasiya üsullarına dair bilik bə bacarıqlar öyrədilir.

Cərrahi xəstəliklər

Cərrahi xəstəliklər fənnində aseptika, antiseptika anlayışı, cərrahi deontologiya, sarğıların düzgün qoyulma qaydaları, travmatik zədələnmələr zamanı ilk yardım tədbirləri, müxtəlif mənşəli cərrahi xəstəliklər haqqında nəzəri bilik, təcrübi vərdişlər və bacarıqlar öyrədilir.

SALAHOVA KÖNÜL ŞƏNLİK

Vəzifəsi: Müəllim
Doğum tarixi: 21.10.1973
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1996, müalicə işi
İxtisas: Həkim cərrah
İşə qəbul olunma tarixi: 13.01.1998

ALCANOVA DİLARƏ BAĞIR

Vəzifəsi: Müəllim
Doğum tarixi: 15.01.1973
Bitirdiyi təhsil müəssisəsi:  Azərbaycan Tibb Universiteti -1998,pediatriya
İxtisas: Həkim pediatr
İşə qəbul olunma tarixi: 04.09.2018

DADAŞOVA SƏNUBƏR NAMİQ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  10.06.1974
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1997, müalicə işi
İxtisas:  Həkim-anestezioloq, reanimotoloq
İşə qəbul olunma tarixi: 12.01.2009

ƏLİ-ZADƏ CƏMİLƏ ÇİNGİZ

Vəzifəsi: Şöbə müdiri
Doğum tarixi: 12.06.1970
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1994, Stomatologiya
İxtisas: Həkim stomatoloq
İşə qəbul olunma tarixi: 04.07.2001

HƏMZƏYEVA ŞƏHLA KƏRƏM

Vəzifəsi: Müəllim
Doğum tarixi:  17.05.1971
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1996, Müalicə işi
İxtisas:  Funksional diaqnostika
İşə qəbul olunma tarixi: 01.02.2002

İBRAHİMOVA XATİRƏ XANOĞLAN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 15.09.1959
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –1983, müalicə işi
İxtisas: Həkim rentgenoloq
İşə qəbul olunma tarixi: 26.09.1998

KƏRİMOVA İLTİMAS EYYUB

Vəzifəsi: Müəllim
Doğum tarixi: 13.07.1961
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –1986, müalicə işi
İxtisas: Həkim okulist
İşə qəbul olunma tarixi: 26.08.1999

MƏMMƏDOVA ELVİRA ƏHLİMAN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 21.07.1976
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –2001, müalicə işi
İxtisas: Həkim anestezioloq, reanimotoloq
İşə qəbul olunma tarixi: 26.12.2001

NAĞIYEVA UMSƏLİMƏ OQTAY

Vəzifəsi: Müəllim
Doğum tarixi: 05.12.1982
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –2004, stomatologiya
İxtisas: Həkim stomatoloq
İşə qəbul olunma tarixi: 03.10.2017

ZEYNALOVA AYBƏNİZ HÜSEYN

Vəzifəsi: Müəllim
Doğum tarixi: 18.06.1964
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –1988, müalicə işi
İxtisas: Həkim terapevt
İşə qəbul olunma tarixi: 26.07.2001

QASIMOVA MƏNSURƏ ƏHMƏD

Vəzifəsi: Müəllim
Doğum tarixi: 16.07.1968
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –1992, müalicə işi
İxtisas: Həkim terapevt
İşə qəbul olunma tarixi: 01.10.1998

ORUCOVA CƏMİLƏ RAFİQ

Vəzifəsi: Müəllim
Doğum tarixi: 23.06.1969
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti –1992, pediatriya
İxtisas: Həkim pediatr
İşə qəbul olunma tarixi: 27.08.1999

ABDULLAYEVA ÜMRƏT TOFİQ

Vəzifəsi: Müəllim
Doğum tarixi: 28.10.1968
Bitirdiyi təhsil müəssisəsi:  Azərbaycan Tibb Universiteti -1992, müalicə işi
İxtisas: Həkim oftolmoloq
İşə qəbul olunma tarixi: 19.07.2000

ALCANOVA SEVİNC BAĞIR

Vəzifəsi: Müəllim
Doğum tarixi: 15.08.1971
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti -1996, pediatriya
İxtisas: Həkim pediatr
İşə qəbul olunma tarixi: 14.09.2017

EYVAZOVA SEVİNC MUXTAR

Vəzifəsi: Müəllim
Doğum tarixi:  21.08.1968
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1992, müalicə işi
İxtisas:  Həkim terapevt
İşə qəbul olunma tarixi: 12.10.2004

ƏZİZOVA JALƏ QURBANƏLİ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  29.03.1978
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 2002, müalicə işi
İxtisas:  Həkim terapevt
İşə qəbul olunma tarixi: 01.09.2005

HƏSƏNOVA GÜLNARƏ QƏDİR

Vəzifəsi: Müəllim
Doğum tarixi:  16.10.1969
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1992, pediatriya
İxtisas:  Həkim pediatr
İşə qəbul olunma tarixi: 21.01.1999

İBRAHİMOVA SÜDABƏ HEYBƏT

Vəzifəsi: Müəllim
Doğum tarixi:  09.05.1964
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1986, müalicə işi
İxtisas:  Həkim cərrah
İşə qəbul olunma tarixi: 27.06.2002

MƏMMƏDOVA XALİDƏ ƏZİZ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  27.10.1975
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 2010, müalicə işi
İxtisas:  Həkim
İşə qəbul olunma tarixi: 01.11.2018

MƏCİDOVA İRADƏ SƏMƏD

Vəzifəsi: Müəllim
Doğum tarixi:  30.05.1961
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1986, müalicə işi
İxtisas:  Həkim terapevt
İşə qəbul olunma tarixi: 01.09.2000

NƏBİYEVA CEYRAN İSA

Vəzifəsi: Müəllim
Doğum tarixi:  01.02.1972
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1998, pediatriya
İxtisas:  Həkim pediatr
İşə qəbul olunma tarixi: 02.09.1999

RZAYEVA ÜLKƏR MİRZƏAĞA

Vəzifəsi: Müəllim
Doğum tarixi:  12.12.1957
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1980, stomatologiya
İxtisas:  Həkim stomatoloq
İşə qəbul olunma tarixi: 26.09.1998

QASIMOVA ŞƏHANƏ MƏHƏRRƏM

Vəzifəsi: Müəllim
Doğum tarixi:  09.10.1981
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 2004, müalicə işi
İxtisas:  Oftalmoloq
İşə qəbul olunma tarixi: 01.09.2016

AĞAMALIYEVA SƏBİNƏ VAQİF

Vəzifəsi: Müəllim
Doğum tarixi: 11.04.1980
Bitirdiyi təhsil müəssisəsi:  Azərbaycan Tibb Universiteti -2002,müalicə işi
İxtisas: Həkim cərrah
İşə qəbul olunma tarixi: 14.10.2005

DADAŞOVA ÜLVİYYƏ ZÖHRAB

Vəzifəsi: Müəllim
Doğum tarixi:  16.02.1973
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1996, pediatriya
İxtisas: Həkim pediatr
İşə qəbul olunma tarixi: 13.02.2002

ƏLİMURADOVA RƏNA DAVUD

Vəzifəsi: Müəllim
Doğum tarixi:  04.09.1973
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1998, stomatologiya
İxtisas:  Həkim stomatoloq
İşə qəbul olunma tarixi: 10.07.2009

ƏZİZOVA NƏRGİZ NAZİM

Vəzifəsi: Müəllim
Doğum tarixi:  19.10.1980
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 2004, müalicə işi
İxtisas:  Həkim nevroloq
İşə qəbul olunma tarixi: 27.09.2016

HƏSƏNOVA LAURA GƏNCƏLİ

Vəzifəsi: Müəllim
Doğum tarixi:  17.05.1964
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1990, pediatriya
İxtisas:  Həkim pediatr
İşə qəbul olunma tarixi: 06.01.1997

İSMAYILOVA GÜLLÜ ARİF

Vəzifəsi: Müəllim
Doğum tarixi:  10.09.1978
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 2001, pediatriya
İxtisas:  Həkim pediatr
İşə qəbul olunma tarixi: 25.12.2015

MƏMMƏDOVA RUHƏNGİZ İKRAM

Vəzifəsi: Müəllim
Doğum tarixi:  17.08.1969
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1993, müalicə işi
İxtisas:  Həkim anestezioloq, reanimotoloq
İşə qəbul olunma tarixi: 02.01.2001

MİRZƏQULİYEVA AFAQ QABİL

Vəzifəsi: Müəllim
Doğum tarixi:  03.10.1968
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1996, müalicə işi
İxtisas:  Həkim cərrah
İşə qəbul olunma tarixi: 01.09.1998

VƏLİYEVA NURLANA HƏSƏN

Vəzifəsi: Müəllim
Doğum tarixi:  01.12.1972
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1995, pediatriya
İxtisas:  Həkim pediatr
İşə qəbul olunma tarixi: 06.09.2001

NƏBİYEVA MƏDİNƏ ƏLİBABA

Vəzifəsi: Müəllim
Doğum tarixi:  25.11.1963
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1988, pediatriya
İxtisas:  Həkim pediatr
İşə qəbul olunma tarixi: 18.09.2000

QƏHRƏMANOVA SEVDA RAUF

Vəzifəsi: Müəllim
Doğum tarixi:  17.05.1961
Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Tibb Universiteti – 1984, müalicə işi
İxtisas:  Həkim okulist
İşə qəbul olunma tarixi: 22.01.1999