Bakı 1 Nömrəli Tibb Kollecinə xoş gəlmisiz.

Abituriyentlərin nəzərinə... / 13.09.2021

 

                                                                                  2021/2022-ci tədris ilində 1 nömrəli Baki Tibb Kollecinə 

                                                                                             qəbul olan  abituriyentlərin nəzərinə!                                                                                                             

  2021-2022 ci il tədris ilində kollecə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada—portal.edu.az platforması vasitəsi ilə aparılacaqdır.Bunun üçün Dövlət İmtahan Mərkəzinin orta ixtisas təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat tarixləri barədə elanı çıxdıqdan sonra  əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

Qeydiyyat tarixi:  2021-ci il 14 sentyabr saat 12:00-dan 24 sentyabr saat 23:59-dək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək  abituriyentin  müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri Dövlət İmtahan Mərkəzi tərəfindən kollecə göndərilməyəcəkdir.

Abituriyent onlayn qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunan sənədləri skan olunmuş PDF formatda (kağız sənədlərin elektron sənədə keçirilmiş forması) əldə etməlidir:

1.     Tam orta təhsil haqqında ATTESTAT   (skan olunmuş PDF formatda);

2.     Tibbi arayış   (skan olunmuş PDF formatda);

3.     Şəxisiyyət vəsiqəsi    (skan olunmuş PDF formatda);

4.     Yaşayış yerindən arayış;

5.     Abituriyentin iş nömrəsi;.

6.     Şəxsi e-mail ünvanı;

7.     Foto şəkil  3x4      (elektron formatda JPEG, JPG);

8.     Nigah haqqında şəhadətnamə - mövcud olduğu halda (skan olunmuş PDF).    

                         

                        Qeyd olunan sənədlərin əsli kollecə gələrkən şəxsən təqdim olunmalıdır. 

                                                Təhsil haqqının ödənilməsi:

        Təhsil haqqınızı portal.edu.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz.Bunun üçün ilk öncə "portal.edu.az" saytında

        qeydiyyatı keçməli,"Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı" xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil 

        müəssənizə müraciət etməlisiniz.Müraciətiniz göndərildikdən sonra təhsil müəssiəsi tərəfindən sənədləriniz yoxlanılacaq və

        müvafıq olaraq onlara Ödəniş edilməlidir statusu təyin ediləcək.Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd

        olunan vasitələrlə ödəyə bilərsiz.

        Ödəniş etmək üçün detallı izahlar:

         Addım 1:

         Tələbə şəxsi kabinetilə ödəniş edə bilər.

         Addim 2:

        Tələbə "gpp.az" saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.

        Bunun üçün gpp.az saytına daxil olmaq,bütün xidmətlərdən TƏHSİL seçmək,sonra ORTA İXTİSAS TƏhSİL

         MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır.Açılan səifədə müvafiq məlumatlar daxil edilməlidir.Daha sonra ödəniş 

         icra edilə bilər.

         Addım 3:

         Tələbərə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq   HÖKUMƏT ÖDƏNİŞ PORTALI 

         (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir,FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir.

         Addım 4:

          Xidmətindən istifadə etdiyi bankın mobıl  aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvafiq bölməsindən

          edə bilər.

          

Güzəştli kateqoriyaya aid olan abutiriyentlerin təhsil haqqından azad olunması üçün lazım olan sənədlər: 

  1. Valideyn himayəsindən məhrum olan tələbələr üçün:
  •  Valideyninin ölüm haqqında şəhadətnaməsinin surəti  (skan olunmuş PDF formatda)
  •  Özünün doğum haqqında şəhadətnaməsinin surəti   (skan olunmuş PDF formatda)
  •  Digər valideynin 1 və 2-ci qrup əlil olmağı haqqında həkim məsləhət komissiyasının rəyi (arayışı) və əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti  (skan olunmuş PDF formatda)

       2.     I və II qrup əlilliyi olan tələbələr üçün:

  •  Tibbi sosial ekspert komissiyasının arayışı   (skan olunmuş PDF formatda)
  •  Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti  (skan olunmuş PDF formatda)

        3.Qaçqın və məcburi köçkünlər üçün:

  •  Köçkünlük haqqında vəsiqənin notariat qaydada təsdiqlənmiş surəti (vəsiqəni təqdim etdiyi vaxta uyğun təsdiqlənmiş)  (skan olunmuş PDF formatda)
  •   Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətandaşların uşaqları üçün:
  •  Valideynin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı əlil olması haqqında həkim məsləhət komissiyasının rəyi (arayışı)  (skan olunmuş PDF formatda)
  •  Valideynin şəxsiyyət vəsiqəsinin surəti  (skan olunmuş PDF formatda)
  •  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti  (skan olunmuş PDF formatda)

        4.Şəhid ailəsinin üzvləri ucun:

  •  Şəhid ailəsi statusunu təsdiq edən sənədin surəti  (skan olunmuş PDF formatda)
    •  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti  (skan olunmuş PDF formatda)

 Güzəştli kateqoriyadan olan abituriyentlər təhsil haqqından azad olunmaq üçün lazım olan sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini kollecə gələrkən şəxsən təqdim etməlidirlər.

     Əlavə məlumatlar olduqda saytda yerləşdiriləcəkdir. 

    əlaqə nömrələri: (012) 436-98-08;   436-98-16;  436-98-13

     E-mail; [email protected]