Bakı 1 Nömrəli Tibb Kollecinə xoş gəlmisiz.

ONLAYN İMTAHAN SİSTEMİNDƏ İSTİFADƏ QAYDASI

 

1. İmtahan cədvəli üzrə təyin olunmuş vaxtda sizə göndərilmiş linkə daxil olmaqla sistemə keçid edirsiniz. Ana səhifədən sistemə daxil olmaq üçün sizə verilmiş fərdi şifrənizi, ana səhifədə görünən istifadəçi adı və parol pəncərələrinə diqqətlə qeyd edirsiniz. Şifrəni qeyd etdikdən sonra giriş düyməsinə sıxmaqla imtahan sisteminə daxil olursunuz.

2. Sistemə daxil olduqda adınızın, soyadınızın və foto şəklinizin olduğu əsas səhifəni görəcəksiniz. Eyni zamanda bu səhifədə hansı fəndən imtahan verəcəyinizi müəyyən edir və ona toxunmaqla növbəti səhifəyə keçid edirsiniz.

3. Açılmış yeni səhifənin sol tərəfində imtahan fənninin adını və imtahan üçün ayrılmış müddəti görəcəksiniz. ”Testi başla” düyməsinə toxunmaqla siz imtahana başlaya bilərsiniz. Daha sonra sizə imtahan müddəti və geri sayma ilə bağlı bildiriş görünəcək. Burada “Start attempt”düyməsinə basmaqla, sizə imtahan sualları təqdim olunacaq.

4. Sizə təqdim olunan bütün  imtahan sualları bir səhifədə yerləşir. Vaxtınıza nəzarət məqsədi ilə səhifənin sağ tərəfində yerləşdirilmiş “qalan zaman” bölümünə nəzarət edə bilərsiniz. Seçdiyiniz cavabı vaxt bitənə qədər dəyişmək imkaniniz var.

Yadda saxlayın! Size verilen zaman sıfırlandıqda qeyd elədiyiniz cavablar sistem tərəfindən avtomatik yadda saxlanılır və qəbul olunur.

5. Sualları cavablandırmağı bitirmisinizsə və özünüzə əminsinizsə, vaxtı gözləmədən siz özünüz imtahanı sona catdıra bilərsiniz.

6. Cavabları bitirdikdən sonra “Testin sonu” düyməsinə toxunursunuz. Yeni açılmış səhifədə-foto şəklinizin altında, siz hansı suallara cavab verdiyinizi ve yaxud vermədiyinizi görəcəksiniz. Cavab vermədiyiniz suala yenidən qayıda bilmək üçün o sualın nömrəsinə toxunmaqla suala qayıdıb, cavablandırdıqdan sonra yenidən “Testin sonu”düyməsinə basırsınız.

7. Açılan yeni səhifədə ”Hamısını göndər və testi sona çatdır” düyməsinə toxunursunuz. Bu dəfə sistem sizdən son olaraq bir daha cavablarınızın təsdiqləməsini istəyəcək. Gördüyünüz təsdiqləmə pəncərəsində “Hamısını göndər və testi sona catdır” düyməsinə toxunmaqla bütün cavablarınızı təsdiq edirsiniz.

8. Açılan yeni səhifədə imtahan nəticənizi, qiymətinizi, doğru və səhv cavablarınızı dərhal görəcəksiniz. Nəticənizi gördükdən sonra sistemdən çıxmağınız tələb olunur.