Nailə Həsən qızı Əliyeva 1967-ci il 10 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. 1984-cü il orta məktəbi “Qızıl medal” ilə bitirmiş və həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasında həkim-terapevt vəzifəsində, 1999-cu ildən 1 nömrəli Baki Tibb kollecində “Anatomiya,fiziologiya və patalogiyanın əsasları ilə” fənn müəllimi işləyir.
Azərbaycan Respublikasının Ali Attestasiya komissiyasının 22 yanvar 2008-ci il tarixli qərarı ilə Nailə Həsən qızı Əliyevaya Tibb Elmlər Namizədi dərəcəsi verilmişdir.
16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə 1 nömrəli Bakı Tibb kollecinin Tədris –Tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
17 oktyabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 103 nömrəli qərarı ilə həmin kollecin direktoru vəzifəsinə təyin edilmişdir