Abdullayev Oqtay Sabir oğlu 1961-ci il 12 avqust tarixində Tbilisi şəhərində anadan olmuşdur.1978-ci ildə orta məktəbi bitirərək N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin sanitariya-gigiyena şöbəsinə daxil olmuşdur.
1984-1987-ci illərdə Səhiyyə Nazirliyinin göstərişi ilə Ağdaş rayon Mərkəzi xəstəxanasında həkim,1987-1991-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi tədqiqat Epidemiologiya,Gigiyena və Peşə xəstəlikləri İnstitutunda,1991-1996-cı illərdə Ə.İ.Qarayev adına Fiziologiya İnstitutunda kiçik elmi işçi işləmişdir.
1996-2000-ci illərdə X.Rəfibəyli adına 2 saylı Bakı baza tibb məktəbində müəllim vəzifəsində işləmişdir.
2013-cü il 6 mart tarixinnən 1 saylı Bakı Tibb Kollecində təcrübə rəhbəri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qərarı ilə Oqtay Sabir oğlu Abdullayeva Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.